VILAYƏT beynəlxalq televiziya kanalı

Bismillahir Rəhmanir Rəhim

 

 * Giriş:

VILAYƏT beynəlxalq televiziya kanalı dini etiqadları gücləndirmək, şübhə və suallara cavab vermək, xalis Əhli Beyt (ə) məktəbinin ali prinsiplərini müdafiə etmək məqsədi daşıyan müstəqil, qeyri-hökumət, kommersiya məqsədi daşımayan televiziya kanalıdır. Bu telekanal Əhli-beyt (əleyhimus-səlam) məktəbini əsas götürərək müsəlmanlar arasında mümkün qədər birlik və həmrəyliyin yaradılması istiqamətində çalışır və öz fəaliyyətini  digər İslam məzhəblərinin, eləcə də digər ilahi dinlərin inanclarına hörmət əsasında aparır.

VILAYƏT beynəlxalq televiziya kanalı Həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin nəzarəti altında təsis edilmiş və idarə olunur.

Telekanal hicri tarixi ilə 13 Rəcəb 1431-ci ildə Əmirəlmöminin Əli bin Əbi Talibin (əleyhissalam) mübarək mövlud günündə fəaliyyətə başlayıb.

* Missiya və hədəflər:

 

1-Əhli-beyt (əleyhimus-səlam) məktəbinin maarifini yaymaq;

2- Şiə etiqadlarının nəzəri müdafiəsi;

3- Əhli-beytin (əleyhimus-səlam) sünnətinə və maarifinə əsaslanan İslami əqidə, dünya görüşü və dəyərləri izah etmək, təbliğ etmək və yaymaq;

4- Dini etiqadları gücləndirmək, xalis Əhli Beyt(ə)məktəbinin ali prinsiplərini müdafiə etmək;

 

5-Şübhə və suallara cavab vermək

6- İslami elmləri genişləndirmək və inkişaf etdirmək;

7- Çağdaş cəmiyyətin real şəraiti qarşılığında dini maariflənmə cəhətdən çatışmazlıqların aradan qaldırılması üçün uyğun platformanın yaradılması.

8- Əhli-beyt (əleyhimus-səlam) məktəbini əsas götürərək müsəlmanlar arasında mümkün qədər birlik və həmrəyliyin yaradılması .

9- Çağdaş dünyanın əqli-dini ehtiyaclarını ödəmək üçün İslam elmləri sahəsində nəzəriyyələrin irəli sürülməsi;

10- Xalis İslam təlimlərinin aydınlaşdırılması, durğunluq və eklektizmdən təmizlənməsi.

 

 

* Telekanalın proqramlarının mövzu və formatı

Vilayət TV-nin proqramlarının ümumi strukturu müxtəlif din, mədəni, sosial və iqtisadi mövzularda müzakirələr, dəyirmi masalar, sənədli filmlər, debatlar, xəbərlər və s.-dən ibarətdir. Telekanalın əsas fəaliyyət istiqaməti proqramların hazırlanması, maariflənmə, şübhə və tənqidlərə cavab və canlı verilişlərin yayımlanması ilə yanaşı, elmi mərkəzlərin hazırladığı müxtəlif proqramların yayımlanmasıdır.

 

* Proqramlaşdırma qrupları

Etiqadi şübhələrə cavab qrupu

Quran və hədis qrupu

Məhdəviyyət qrupu

Dinlər və məzhəblər qrupu

İslam tarixi qrupu

Məzhəblər arası dialoq qrupu

Mədəniyyət və ədəbiyyat qrupu

Hökmlər və ailə qrupu

Əxlaq və təlim-tərbiyə qrupu

 

* Vilayət İnternet TV:

www.velayat.tv

Peykdən istifadə etmək imkanı olmayan və ya onlara çıxışı çətin olan hörmətli tamaşaçıların rahat istifadəsi məqsədi ilə kiber məkanda Vilayət internet televiziyası yaradılıb ki, maraqlananlar birbaşa internet vasitəsilə verilişlərə baxa bilsinlər.

Eyni zamanda daha asan istifadə üçün seçilmiş proqramların arxivləri də saytda yerləşdirilib.

 

Bu saytın digər bir xüsusiyyəti isə şübhələrin həlli və sualların cavablandırılması üçün nəzərdə tutulmuş sual-cavab bölməsidir. İstifadəçilər sual və şübhələrini yazılı şəkildə göndərib cavablarını yazılı şəkildə ala bilərlər, lazım gəldikdə isə suallar televiziya proqramlarında cavablandıra bilərlər.

 

* VILAYƏT beynəlxalq televiziyası ilə əlaqə yolları:

 

Mobil nömrə:

Əlaqə telefonu:

 

* Vilayət TV-nin hesab nömrəsi:

 

Hörmətli tamaşaçıların Vilayət TV proqramlarının maddi cəhətdən təmin edilməsində iştirak etmək üçün müraciət etmələrini nəzərə alaraq ianələrin yönəldilməsi üçün qeyd olunan Bank hesabları təqdim olunur:

 

* “Vilayət TV yardım” ilə əlaqə yolları (maliyyə yardımı):

 

WhatsApp, Telegram, zəng vasitəsilə əlaqə üçün

Mobil telefon nömrəsi: 

 

 

**Sosial şəbəkələrdə bizi izləyin